Azərbaycan Milli Anti-Dopinq Agentliyinin bu il keçirdiyi yoxlamaların nəticələri açıqlanıb

Azərbaycan Milli Anti-Dopinq Agentliyinin bu il keçirdiyi yoxlamaların nəticələri açıqlanıb Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) 2018-ci ildə 817 test keçirib.
Fərdi
1310
25 Dekabr , 2018 11:48
Azərbaycan Milli Anti-Dopinq Agentliyinin bu il keçirdiyi yoxlamaların nəticələri açıqlanıb
Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli / Report/ Firi Salim

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) 2018-ci ildə 817 test keçirib.

"Report" xəbər verir ki, bunu agentliyin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, bu, ötən illə müqayisədə iki dəfə çoxdur. 2017-ci ildə qurum tərəfindən 402 test götürülüb.

Ən çox test güləş idman növündə olub - 16,8 faiz. İkinci yerdə futbol (14,9 faiz), üçüncü sırada isə velosiped idman növüdür (11,2 faiz).

2018-ci ildə AMADA tərəfindən 35 antidopinq qayda pozuntusu aşkarlanıb. İlk "üçlük"də ardıcıllıqla güləş, taekvondo və boks idman növləri qərarlaşıb. Bu növlərdə müvafiq olaraq 12, 7 və 5 idmançıdan götürülən nümunələr müsbət nəticə verib.

Ş.Hüseynli deyib ki, cari ildə Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının Bakıda iclası keçirilib. Həmçinin Avropa Şurasının Antidopinq Konvrnsiyası üzrə Monitorinq Qrupun Bakıya səfəri olub. AMADA-ının inspektorları isə 2018-ci il Qış Olimpiya Oyunlarında və Asiya Oyunlarında çalışıblar.

Son xəbərlər

Orphus sistemi