Altay Həsənov: "Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə iki namizəd var"

Altay Həsənov: "Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə iki namizəd var" Fərid Qayıbov AGF baş katibi vəzifəsindən ayrılacaq
Fərdi
6 Dekabr , 2017 15:29
Altay Həsənov: Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə iki namizəd var
Report/ Firi Salim

Bakı. 6 dekabr. REPORT.AZ/ Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilən Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi vəzifəsindən ayrılacaq.

“Report” xəbər verir ki, bu barədə F.Qayıbov özü məlumat verib. 

O, bunu UEG-nin prezidenti seçilməsi ilə əlaqələndirib.

F.Qayıbov baş katib vəzifəsindən azad olunması üçün AGF rəhbərliyinə ərizə ilə müraciət etdiyini söyləyib.

AGF-nin vitse-prezidenti Altay Həsənov isə baş katib vəzifəsinə iki namizədin olduğunu bildirib və bununla bağlı ayın sonunda qərar veriləcəyini deyib.

Son xəbərlər

Orphus sistemi