Almaniyanın 50 yaşlı idmançısı Qış Olimpiya Oyunlarının tarixinə düşüb

Almaniyanın 50 yaşlı idmançısı Qış Olimpiya Oyunlarının tarixinə düşüb Almaniyalı konkisürən Klaudiya Pexştayn Qış Olimpiya Oyunlarının tarixinə düşüb.
Fərdi
5 Fevral , 2022 15:14
Almaniyanın 50 yaşlı idmançısı Qış Olimpiya Oyunlarının tarixinə düşüb

Almaniyalı konkisürən Klaudiya Pexştayn Qış Olimpiya Oyunlarının tarixinə düşüb.

"Report"un məlumatına görə, 50 yaşlı idmançı buna Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak etməklə nail olub.

Pexştayn 2002-ci ildə 48 yaşında olimpiadada yarışan ABŞ Vircin adaları təmsilçisi Anna Abernatinin rekordunu qırıb.

Konkisürən həmçinin 8-ci Qış olimpiadasına qatılmaqla yaponiyalı Noriaki Kasainin rekorduna çatıb.

Qeyd edək ki, Klaudiya Pexştayn 5 qat olimpiya çempionudur.

Son xəbərlər

Orphus sistemi