Almaniyalı idman həkimi dopinqə görə həbs edildi

Almaniyalı idman həkimi dopinqə görə həbs edildi Almaniyalı idman həkimi Mark Şmitd dopinq ittihamı ilə 4 il 10 ay həbs cəzasına məhkum edilib.
Fərdi
233
15 Yanvar , 2021 17:17
Almaniyalı idman həkimi dopinqə görə həbs edildi

Almaniyalı idman həkimi Mark Şmidt dopinq ittihamı ilə 4 il 10 ay həbs cəzasına məhkum edilib.

"Report" "Spiegel" nəşrinə istinadən xəbər verir ki, ona 3 il peşə fəaliyyəti iə məşğul olmaq da qadağan olunub.

Şmidt 2012-ci ildən bəri idmançılara qadağan olunmuş preparatlar verdiyini etiraf edib. O, dopinqin yayılmasından mənfəət əldə etmədiyini bildirib.

2019-cu ilin fevralında Avstriyada keçirilmiş xizəksürmə üzrə dünya çempionatında bir neçə idmançı antidopinq qaydalarını pozub və onlar şübhəli bilinərək saxlanılıb.

İstintaq zamanı Mark Şmidtlə əlaqəsi olan qrup ortaya çıxıb.

Son xəbərlər

Orphus sistemi