Aleksandr Lukaşenko yenidən Belarus MOK-un prezidenti seçilib

Aleksandr Lukaşenko yenidən Belarus MOK-un prezidenti seçilib Qurumun birinci vitse-prezidenti isə Andrey Astaşeviç olub
Fərdi
30 May , 2017 12:38
Aleksandr Lukaşenko yenidən Belarus MOK-un prezidenti seçilib
Aleksandr Lukaşenko / Aleksandr Lukaşenko

Bakı. 30 may. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. "Report"un məlumatına görə, seçki MOK-un Minskdə keçirilən yığıncağı çərçivəsində baş tutub. 

A.Lukaşenko çıxışında olimpiya hərəkatına çox aydın və prinsipial qiymət vermələrinin gərəkliyini vurğulayıb. O, MOK Nizamnaməsində korrektəyə ehtiyac duyulduğunu da vurğulayıb. 

Qurumun birinci vitse-prezidenti vəzifəsinə isə əməkdar idman ustası Andrey Astaşeviç seçilib.  

Qeyd edək ki, Aleksandr Lukaşenko MOK-a 1997-ci ilin mayından rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi