Aleksandr Lukaşenko hərbçini idman və turizm naziri təyin edib
- 05 mart, 2018
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ Belarusun idman və turizm naziri vəzifəsinə Sergey Kovalçuk təyin olunub.
"Report"un məlumatına görə, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb. Yeni nazir fevralın 15-də istefaya göndərilmiş Aleksandr Şamkonu əvəzləyib.
Qeyd edək ki, Sergey Kovalçuk 14 avqust 1968-ci ildə Brest vilayətində anadan olub. O, 1989-cu ildə Odessa Ali Artilleriya Komandanlığı Məktəbini, 1999-cu ildə isə Belarus Hərbi Akademiyasını başa vurub. 1989 - 2004-cü illərdə Silahlı Qüvvələrdə xidmət etmiş Kovalçuk yeni təyinatınadək Belarus prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. III dərəcəli "Vətənə xidmətə görə" və I, II, III dərəcəli "Qüsursuz xidmətə görə" ordenləri ilə mükafatlandırılıb.