AİJA-nın prezidenti: AIPS-in 100 illiyi olduğu üçün bu xüsusi gündür

AİJA-nın prezidenti: AIPS-in 100 illiyi olduğu üçün bu xüsusi gündür Beynəlxalq təşkilatımızın 100 illiyi tamam olduğu üçün bu xüsusi gündür “Report” xəbər verir ki, bunu Azərbaycan İdman Jurnalsitləri Assosasiyasının (AİJA) prezidenti Eldar İsmayılov idman jurnalistlərinin peşə bayramı münasibətilə qurumun keçirdiyi t
Fərdi
2 İyul , 2024 16:42
AİJA-nın prezidenti: AIPS-in 100 illiyi olduğu üçün bu xüsusi gündür

AIPS-in 100 illiyi olduğu üçün bu xüsusi gündür.

“Report” xəbər verir ki, bunu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov idman jurnalistlərinin peşə bayramı münasibətilə qurumun keçirdiyi tədbirdə deyib.

O, idman jurnalistlərini təbrik edib:

“Bu gün Beynəlxalq İdman Mətbuatı Assosasiyasının (AIPS) 100 illiyi tamam olur. Hazırda bunu bütün dünya qeyd edir. Biz də “Zoom” platforması vasitəsilə AİPS-in mərkəzi ofisinə qoşulmuşuq. 165 ölkənin milli idman mətbuatı hazırda tədbirimizi canlı olaraq görür. AIPS-in 100 illiyi olduğu üçün bu xüsusi gündür”.

Qeyd edək ki, AİJA 2023-cü ilin idman laureatlarını mükafatlandırıb. Qaliblər arasında "Report"un iki əməkdaşı var. Təbriz Quliyev ictimai-siyasi saytlar üzrə ilin idman jurnalisti, Ehtiram Cəbiyev isə ilin fotoreportyoru seçilib.

Son xəbərlər

Orphus sistemi