Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə "Report" İnformasiya Agentliyi arasında görüş keçirilib

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə "Report" İnformasiya Agentliyi arasında görüş keçirilib Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (AİJ İB) ilə Report İnformasiya Agentliyi arasında tanışlıq xarakterli görüş keçirilib.
Fərdi
25 Yanvar , 2023 13:21
Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə Report İnformasiya Agentliyi arasında görüş keçirilib

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (AİJ İB) ilə "Report" İnformasiya Agentliyi arasında tanışlıq xarakterli görüş keçirilib.

"Report"un məlumatına görə, görüşdə AİJ İB-nin sədri Azər İsmayıl, İdarə Heyətinin üzvü Şəmsəddin Abbasov, "Report İnformasiya Agentliyi" MMC-nin direktoru Fuad Hüseynəliyev, agentliyin baş redaktoru Murad Əliyev və idman departamentinin redaktoru Zaur Xudiyev iştirak ediblər.

Görüş zamanı "Report" İnformasiya Agentliyinin idmana xüsusi diqqəti vurğulanıb, idman jurnalistlərini özündə birləşdirən təşkilatın məqsədləri və gələcək planları haqqında danışılıb.

Hər iki tərəfdən bir sıra istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq barədə təkliflər səsləndirilib, bəzi ortaq layihələrin həyata keçirilməsi üçün danışıqlar aparılıb. Qərara alınıb ki, bununla bağlı konkret planlar hazırlansın və münasibətlər rəsmiləşdirilsin.

Son xəbərlər

Orphus sistemi