AİBA-nın prezidenti postuna seçkinin tarixi müəyyənləşib

AİBA-nın prezidenti postuna seçkinin tarixi müəyyənləşib Bakı. 7 sentyabr. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti postuna seçkinin tarixi müəyyənləşib.
Fərdi
7 Sentyabr , 2018 18:30
AİBA-nın prezidenti postuna seçkinin tarixi müəyyənləşib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti postuna seçkinin tarixi müəyyənləşib.

“Report” xəbər verir ki, seçki 2 - 3 oktyabrda Rusiyanın paytaxtı Moskvada qurumun növbəti konqresi çərçivəsində baş tutacaq. Toplantıda AİBA-nın İcraiyyə komitəsinə üzvlər də seçiləcək.

Qurumun prezidenti postuna namizədlərin qeydiyyatı sentyabrın 23-də başa çatacaq. Quruma rəhbərlik etməyə ən real namizəd kimi Qazaxıstan Boks Federasiyasının prezidenti Serik Konakbayev göstərilir.

Qeyd edək ki, 2017-ci ilin iyununda AİBA-nın İntizam Komitəsi Çinq-Kuo Vunu prezident postundan kənarlaşdırıb. Quruma müvəqqəti olaraq vitse-prezident Qafur Rəhimov rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi