Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandalarına yeni baş məşqçilər təyin olunub

Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandalarına yeni baş məşqçilər təyin olunub Qadınlardan ibarət yığma moldovalı mütəxəssisə tapşırılıb
Fərdi
12 İyul , 2016 12:15
Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandalarına yeni baş məşqçilər təyin olunub

Bakı. 12 iyul. REPORT.AZ/ Ağırlıqqaldırma üzrə Azərbaycan yığmalarının yeni baş məşqçiləri müəyyənləşib. "Report"un Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qurum rəhbərliyi ilə məşqçilər arasındakı yığıncaqda səsvermə yolu ilə bütün yaş qrupları üzrə yığma məşqçilər heyəti seçilib. 

Səsvermə zamanı 58 məşqçi və mütəxəssisin adı olan namizəd siyahısı təqdim edilib. Onların içərisindən ən çox səs toplayanlar müvafiq postlara seçiliblər.

Əməkdar məşqçi Maksum Xasanov səs çoxluğu ilə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi seçilib.

Kərim Kərimov gənclər, Anar Qasımov yeniyetmələr, moldovalı Nataliya Prişepa isə qadınlardan ibarət yığmaya baş məşqçi, Oktay Muxtarov isə yığma komandaların rəisi postuna təyin edilib.

Son xəbərlər

Orphus sistemi