Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının ilk qalibi müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının ilk qalibi müəyyənləşib Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının ilk qalibi müəyyənləşib.
Fərdi
9 Aprel , 2022 14:11
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının ilk qalibi müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının ilk qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, qadınların yarışında Anastasiya Moum sinkler cədvəli ilə çempion olub.

MOİK klubunda çıxış edən idmançı birdən qaldırmada 83 kq, təkanla isə 104 kq-nın öhtəsindən gəlib. Moum sinkler cədvəlində 231 xal yığıb.

Onun komanda yoldaşı Nazilə İsmayılova gümüş, "Zirə" klubundan Elnarə Abbasova bürünc medala sahib çıxıb. İsmayılova sinkler cədvəli üzrə 230, Abbasova isə 214 xala layiq görülüb.

İsmayılova birdən qaldırmada 61 kq, təkanla qaldırmada 76 kq, Abbasova isə müvafiq olaraq 75 kq və 100 kq-ı başı üzərinə qaldırıb.

Bu gün kişilərdə 55 kq, 61 kq və 67 kq çəki dərəcələrində ölkə çempionunun adına aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan çempionatı aprelin 10-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi