Ağır atletlər çempionatında 69 kq çəki dərəcəsində medalçılar məlum olub

Ağır atletlər çempionatında 69 kq çəki dərəcəsində medalçılar məlum olub Bakı. 24 mart. REPORT.AZ/ Bakının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustad idmançılar arasında Azərbaycan çempionatı davam edir.
Fərdi
24 Mart , 2018 20:10
Ağır atletlər çempionatında 69 kq çəki dərəcəsində medalçılar məlum olub
Foto: AAAF

Bakı. 24 mart. REPORT.AZ/ Bakının Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustad idmançılar arasında Azərbaycan çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat katibi Kənan Məstəliyevin "Report"a verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Günün sonunda 69 kq çəki dərəcəsində medalçılar məlum olub. Qalib adını toplam 288 kq (133+155) nəticə ilə Paşa İbrahimli qazanıb.

İkinci yeri toplam 276 kq (133+143) nəticə ilə Kənan Xəlilov, üçüncü yeri isə toplam 267 kq (122+145) nəticə ilə Füqan Əliyev tutub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Son xəbərlər

Orphus sistemi