Ağır atletika üzrə ölkə birinciliyində ilk yarış gününə yekun vurulub

Ağır atletika üzrə ölkə birinciliyində ilk yarış gününə yekun vurulub İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ilk yarış gününə yekun vurulub.
Fərdi
27 İyul , 2019 20:55
Ağır atletika üzrə ölkə birinciliyində ilk yarış gününə yekun vurulub

İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ilk yarış gününə yekun vurulub.

“Report” xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Oğlanlardan körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 49 kq-a qədər olan atlelər çıxıblar. Toplam 163 kq (70+93) nəticə ilə Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Sonrakı yerləri müvafiq olaraq toplam 153 kq (63+90) nəticə ilə Kənan Rəhimov və toplam 146 kq (63+83) nəticə ilə Ravin Alməmmədov tutublar.

55 kq-a qədər olan atletlər mübarizəsi maraqlı alınıb. Toplam 166 kq (72+94) nəticə ilə Elgün Mürşüdov qızıl medala layiq görülüb. Gümüş medal toplam 165 kq (77+88) nəticə ilə Heydər Yusifov, bürünc isə toplam 153 kq (70+83) nəticə ilə Ravil Nəbiyevə qismət olub.

Son olaraq çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulub. Toplam 216 kq (95+121) nəticə ilə Elşən Məmmədov çempionluğa yiyələnib. Gümüş medala toplam 200 kq (90+110) nəticə ilə Sənan Sahibov, bürüncə isə toplam 175 kq (80+95) nəticə ilə Ədalət Məmmədli sahib çıxıb.

49 kq. U-15.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. İsmayılov Qasım 2005 Qazax UGİM 48.4 70 93 163
2. Rəhimov Kənan 2004 İsmayıllı Zirvə 46.0 63 90 153
3. Alməmmədov Ravin 2006 Qazax Zirvə 47.9 63 83 146
4. Qurbanov Tofiq 2005 Lənkəran Təhsil 49.0 59 77 136
5. Xansuvarlı İsmayıl 2006 Lənkəran UGİM 47.2 55 73 128
6. Quliyev Emil 2006 Bakı Təhsil 49.0 56 65 121
7. Beydullayev Racib 2004 Xırdalan Zirvə 48.7 50 63 113
8. Cabbarlı Dəniz 2006 Lənkəran UGİM 39.0 47 60 107

55 kq. U-15.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Mürşüdov Elgün 2006 Lerik Zirvə 55.0 72 94 166
2. Yusifov Heydər 2004 Goranboy Zirvə 53.7 77 88 165
3. Nəbiyev Ravil 2004 Bakı Spartak 54.1 70 83 153
4. Əkbərov Emin 2005 Lənkəran Təhsil 54.4 65 85 150
5. Hacıyev Elşad 2004 Sumqayıt Zirvə 54.0 63 73 136
6. Kazımov Rəhim 2004 Xırdalan Zirvə 54.9 60 74 134
7. Sultanov Soltan 2004 Bakı Təhsil 53.6 55 63 118
8. Hacıyev Məhəmməd 2005 Sumqayıt Zirvə 49.1 48 61 109
9. Mərdanov Fərid 2006 Sumqayıt Zirvə 55.0 38 51 89
10. Baloğlanov Amil 2005 Şamaxı Zirvə 53.2 38 45 83
11. Məmmədzadə Şahin 2004 Bakı Təhsil 51.2 36 46 82
12. Babayev Rüfət 2005 Şamaxı Zirvə 54.1 45 0 -


61 kq. U-15.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədov Elşan 2004 Lənkəran Zirvə 58.7 95 121 216
2. Sahibov Sənan 2004 Qobustan Zirvə 59.8 90 110 200
3. Məmmədli Ədalət 2004 İsmayıllı Zirvə 60.6 80 95 175
4. Balayev Nuran 2004 Bakı Təhsil 59.0 73 97 170
5. Məlikov Soltan 2004 Neftçala Zirvə 60.7 71 90 161
6. Güləliyev Baloğlan 2005 Qobustan Zirvə 59.7 65 75 140
7. Hümmətov Rəşad 2005 Lerik Zirvə 59.3 50 60 110
8. Nəzərov Ramiz 2005 Lerik Zirvə 56.3

Son xəbərlər

Orphus sistemi