AGF rəsmisi: Hazırda bədii gimnastika Azərbaycanda böyük sürətlə inkişaf edir

AGF rəsmisi: Hazırda bədii gimnastika Azərbaycanda böyük sürətlə inkişaf edir Hazırda bədii gimnastika ölkəmizdə böyük sürətlə inkişaf edir.
Fərdi
21 Mart , 2024 13:53
AGF rəsmisi: Hazırda bədii gimnastika Azərbaycanda böyük sürətlə inkişaf edir

Hazırda bədii gimnastika ölkəmizdə böyük sürətlə inkişaf edir.

"Report"un məlumatına görə, bunu bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.

AGF rəsmisi yarışın əhəmiyyətindən danışıb: “Bu yarış Azərbaycanda bədii gimnastika üzrə keçirilən mühüm turnirlərdəndir. Gimnastlarımız daxili çempionatda qüvvələrini sınayacaqlar. Burada paytaxt gimnastları ilə yanaşı, müxtəlif bölgələrdən olan idmançılar da çıxış edir. Üç yaş qrupu – yeniyetmələr, gənclər və böyüklər üzrə yarışlar keçirilir. Bu çempionatın məhz Dünya Kubokundan əvvəl təşkil olunması onun sınaq xarakteri daşımasından xəbər verir”.

N.Məmmədzadə builki çempionatın digərlərindən fərqləndiyini bildirib: “Digər illərdən fərqli olaraq, bu yarışda xanım gimnastlarımızın sayı xeyli çoxdur. Bu da olduqca sevindirici bir amildir".

Qeyd edək ki, martın 23-dək davam edəcək Azərbaycan çempionatında 60-dək gimnast mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi