​Azərbaycan Gimnastika Federasiyası ardıcıl iki il fərqlənən federasiyalar siyahısına daxil olub

​Azərbaycan Gimnastika Federasiyası ardıcıl iki il fərqlənən federasiyalar siyahısına daxil olub Reytinq siyahısı FIG-in İcraiyyə Komitəsinin iclasında müəyyən edilib
Fərdi
3 Mart , 2016 13:50
​Azərbaycan Gimnastika Federasiyası ardıcıl iki il fərqlənən federasiyalar siyahısına daxil olub

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Gimnastika Federasiyası (AGF) ardıcıl ikinci il fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olub. "Report"un milli federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin Lozannadakı (İsveçrə) baş ofisində keçirilən növbəti iclasında müəyyən edilib.

Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti (Dünya Kubokunda və onun 10-cu mərhələsində, o cümlədən FIG-nin Konqress və Simpoziumlarında, FIG Akademiyasının məşqçilik kurslarında, Gimnastradada və s. tədbirlərdə iştirak) və yuxarıda göstərilmiş tədbirlərə son qeydiyyat tarixlərinə riayət olunması əsasında təqdim olunur.

Son xəbərlər

Orphus sistemi