AFFA-nın ilk prezidenti Fuad Musayev vəfat edib

AFFA-nın ilk prezidenti Fuad Musayev vəfat edib O, böyrəklərindəki problem üzündən dünyasını dəyişib
Fərdi
16 İyun , 2017 23:45
AFFA-nın ilk prezidenti Fuad Musayev vəfat edib

Bakı. 16 iyun. REPORT.AZ/ AFFA-nın ilk prezidenti Fuad Musayev vəfat edib. 

Bu barədə "Report"a milli assosiasiyanın sabiq baş katibi Çingiz İsmayılov məlumat verib.

O bildirib ki, F.Musayev böyrəklərindəki problem üzündən dünyasını dəyişib: "Fuad müəllim mayın 30-da Estoniyaya çoxdan tanıdığı həkimin yanına müalicəyə getmişdi. İyunun 15-16-da Moskvadan Bakıya qayıtmalı idi. Bu gün səhər Heydər Əliyev Beynəlxalq Hava Limanına qarşılamağa getmişdilər. Amma gəlmədiyini gördükdə Moskvaya zəng ediblər, Bu zaman onun vəfat etdiyi məlum olub".

Ç.İsmayılov mərhumun nəşinin iyunun 17-də axşam saatlarında Bakıya gətiriləcəyini əlavə edib.

Qeyd edək ki, F. Musayev 1938-ci ilin 11 yanvarında Bakıda anadan olub. O, 12 yaşından idmanla məşğul olub. 1977-ci ildə Dövlət Planlaşdırma Komitəsi sədrinin 1-ci müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatını daşıyıb. 

F.Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb. O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində işləyib. 1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub. Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra F.Musayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib. 1 oğlu, 1 qızı, 4 nəvəsi var. 

Son xəbərlər

Orphus sistemi