Milli Paralimpiya Komitəsi ilə ADBTİA arasında memorandum imzalandı

Milli Paralimpiya Komitəsi ilə ADBTİA arasında memorandum imzalandı Sənədi AMPK-nın prezidenti İlqar Rəhimov və ADBTİA-nın rektoru Fuad Hacıyev imzalayıb
Fərdi
122
6 May , 2021 15:42
Milli Paralimpiya Komitəsi ilə ADBTİA arasında memorandum imzalandı

Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında anlaşma memorandumu imzalanıb.

ADBTİA-dan "Report"a verilən məlumata görə, sənədi AMPK-nın prezidenti İlqar Rəhimov və ADBTİA-nın rektoru Fuad Hacıyev imzalayıblar.

Memorandum tərəflər arasında informasiya dəstəyi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir.

Bu əməkdaşlıq çərçivəsində Akademiyanın “İdman jurnalistikası” magistr proqramı tələbələri mayın 25-26 da Bakıda təşkil olunacaq paracüdo üzrə beynəlxalq Qran-Pri yarışının və bu il keçiriləcək Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının işıqlandırılmasında fəal iştirak edəcəklər.

Buraya yarışların gedişatında medianın operativ xəbərlərlə təmin olunması və media dəstəyi ilə bağlı digər məsələlər daxildir.

Qeyd edək ki, əməkdaşlıq sayəsində Akademiyanın magistr proqramının tələbələri təcrübə qazanacaq, eyni zamanda ölkəmizdə paralimpiya hərəkatının təşviqi sahəsində də işlər görəcəklər.

Son xəbərlər

Orphus sistemi