ADBTİA-da magistratura imtahanının ikinci mərhələsi keçirilib

ADBTİA-da magistratura imtahanının ikinci mərhələsi keçirilib İmtahanın bu mərhələsi onlayn müsahibə şəklində təşkil olunub.
Fərdi
6 İyul , 2021 14:38
ADBTİA-da magistratura imtahanının ikinci mərhələsi keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil standartı University College London (UCL) tərəfindən hazırlanan, tədrisi ingilis dilində aparılan həkimlər üçün “İdman tibbi və reabilitasiya” ixtisası üzrə 2021/2022-ci tədris ili üçün magistratura təhsil səviyyəsində qəbul imtahanının II mərhələsi keçirilib.

ADBTİA-dan "Report"a verilən məlumata görə, imtahanın bu mərhələsi onlayn müsahibə şəklində təşkil olunub.

Onlayn müsahibədə “İdman tibbi və reabilitasiya” magistr ixtisası standartının müəllifi, London Kollec Universitetinin professoru və ISEH institutunun aparıcı eksperti Maykl Pol Luzmor, sağlamlıq hüququ üzrə Avropa Assosiasiyasının vitse-prezidenti professor Vüqar Məmmədov, ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə və “İdman tibbi və reabilitasiya” kafedrasının müdiri, tibb elmləri doktoru İlqar Həsənov namizədlərin seçilməsində komissiya üzvləri kimi iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi