Azərbaycan cüdoçusu beynəlxalq turnirin qalibi olub

Azərbaycan cüdoçusu beynəlxalq turnirin qalibi olub Azərbaycanın 3 cüdoçusu Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirində yarımfinala yüksəlib.
Fərdi
3 İyul , 2022 16:17
Azərbaycan cüdoçusu beynəlxalq turnirin qalibi olub

Azərbaycan cüdoçusu Murad Fətiyev Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirində qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 90 kq-da çıxış edən idmançı finalda kanadalı Aleksandr Arensibiaya qalib gəlib.

Qadınların mübarizəsində isə 70 kq-da yarışan Südabə Ağayeva bürünc medal görüşündə yerli idmançı Serafima Moskaluya uduzaraq, 5-ci yerlə kifayətlənib.

15:27

Azərbaycan cüdoçusu Murad Fətiyev Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirində finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 90 kq-da çıxış edən idmançı yarımfinalda kanadalı Yanq Kiqanı məğlub edib. Onun həlledici qarşılaşmadakı rəqibi Kanadanın digər təmsilçisi Aleksandr Arensibia olacaq.

81 kq-da Hasil Cəfəov və 70 kq-da çıxış edən Südabə Ağayeva isə finala gedən yolda, müvafiq olaraq, rumıniyalı Nikon Zaboroşuk və xorvatiyalı Andelo Violiçlə bacarmayıblar.

Təsəlliverici görüşdə uduzan Cəfərov medal şansını itirib. Ağayeva isə bürünc medal uğrunda qarşılaşmada yerli idmançı Serafima Moskalu ilə üz-üzə gələcək.

15:00

Azərbaycanın 3 cüdoçusu Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirində yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, kişilərin mübarizəsində 81 kq-da Hasil Cəfəov və 90 kq-da Murad Fətiyev, qadınların yarışında isə 70 kq-da çıxış edən Südabə Ağayeva finala vəsiqə uğrunda qüvvəsini sınayacaq.

Cəfərovun rəqibi yerli Nikon Zaboroşuk olacaq. Fətiyev kanadalı Yanq Kiqanı, Ağayeva isə xorvatiyalı Andelo Violiçi sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan cüdoçuları turnirin ilk günündə 2 qızıl və 3 bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi