ACF rəsmisi: Avropa Kubokunun Azərbaycanda keçirilməsi ənənəvi hal alacaq

ACF rəsmisi: Avropa Kubokunun Azərbaycanda keçirilməsi ənənəvi hal alacaq "Avropa Kubokunun ikinci dəfə Azərbaycanda təşkil olunması onu düşünməyə əsas verir ki, bu, ənənəvi hal alacaq."
Fərdi
4 May , 2024 18:09
ACF rəsmisi: Avropa Kubokunun Azərbaycanda keçirilməsi ənənəvi hal alacaq

"Avropa Kubokunun ikinci dəfə Azərbaycanda təşkil olunması onu düşünməyə əsas verir ki, bu, ənənəvi hal alacaq."

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov bildirib.

O, Göygöldə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda güclü komandaların iştirak etdiyini bildirib: "Bu yarışda Azərbaycan yığmasının məşqçi heyəti də idmançılarımızı xüsusi olaraq izləyir və onların potensialını aşkarlamağa çalışırlar. Bu da imkan verir ki, yığmanın tərkibi formalaşdırılsın. Bu cür yarışların regionlarda keçirilməsi isə həm regionun iqtisadi inkişafı, həm də cüdonun regionlarda kütləvi tanıtımı üçün mühüm rol oynayır. Turnirin ardınca burda təlim-məşq toplanışı başlayacaq".

Qeyd edək ki, Avropa Kuboku mayın 5-də başa çatacaq. Turnirdə 14 ölkədən 323 cüdoçu iştirak edir.

Son xəbərlər

Orphus sistemi