ACF-in vitse-prezidenti: "Dünya çempionatına ancaq qələbə üçün gedirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatına ancaq qələbə üçün gedirik" "Yarışa ancaq qələbə üçün gedirik"
Fərdi
4 Oktyabr , 2022 15:57
ACF-in vitse-prezidenti: Dünya çempionatına ancaq qələbə üçün gedirik
Elnur Məmmədli

"Yarışa ancaq qələbə üçün gedirik"

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.

ACF rəsmisi sabah mundiala yollanacaqlarını bildirib: "Əvvəlcədən proqnoz vermək istəmirəm. Nəticələrimiz yaxşı olmalıdır, yaxşı düşünək. İnanıram ki, idmançılarımız dünya çempionatında layiqli güləşib nailiyyətlər əldə edəcəklər".

Olimpiya çempionu daim cüdoçuların yanında olduğunu söyləyib: "Bu, idmançılar üçün əlavə motivasiyadır. Onlarla danışıram və öz fikirlərimi bölüşürəm, əhval-ruhiyyələri də yaxşıdır. Təkcə yaxşı güləşmək qalıb. Cüdoçuların Azərbaycan xalqını, millətini və idman ictimaiyyətini sevindirəcəyinə inanıram. Biz yumruq kimiyiq. Belə olan təqdirdə nailiyyətimiz də gələcək. Sadəcə, öncədən proqnoz vermək istəmirəm. Hər şey yaxşı olacaq".

Qeyd edək ki, dünya çempionatı 6 - 13 oktyabrda olacaq.

Son xəbərlər

Orphus sistemi