ABŞ üzgüçüsü dünya rekordu qırıb

ABŞ üzgüçüsü dünya rekordu qırıb ABŞ üzgüçüsü Hunter Armstronq ölkəsində keçirilən dünya çempionatına lisenziya xarakterli turnirdə yeni rekord müəyyənləşdirib
Fərdi
29 Aprel , 2022 12:56
ABŞ üzgüçüsü dünya rekordu qırıb

ABŞ üzgüçüsü Hunter Armstronq ölkəsində keçirilən dünya çempionatına lisenziya xarakterli turnirdə yeni rekord müəyyənləşdirib.

"Report"un məlumatına görə, 21 yaşlı idmançı 50 metr məsafəyə arxası arxasıüstə üzmədə 23,71 saniyəlik nəticə göstərərək birinci olub.

Əvvəlki dünya rekordu rusiyalı Kliment Kolesnikova məxsus olub. O, 2021-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında finişə 23,80 saniyəyə çatıb.

Qeyd edək ki, builki dünya çempionatı 18 iyun - 3 iyulda Budapeştdə olacaq.

Son xəbərlər

Orphus sistemi