Yuxarı

ABŞ səfiri Bakıda amerikalı və azərbaycanlı şahmatçılarla görüşüb

Bakı. 31 avqust. REPORT.AZ/ Bakıda 42-ci Şahmat Olimpiadasının başlanması münasibəti ilə avqustun 31-də Respublika Şahmat Mərkəzində təşk...

Bakı. 31 avqust. REPORT.AZ/ Bakıda 42-ci Şahmat Olimpiadasının başlanması münasibəti ilə avqustun 31-də Respublika Şahmat Mərkəzində təşkil olunmuş tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycana səfər edən ABŞ milli şahmat komandasının üzvləri və yerli şahmatçılarla görüşüb. 

Səfirlikdən "Report"a səfirlikdən verilən məlumatına görə, səfir Olimpiadanın keçirilməsi üçün Bakı şəhərinin seçilməsi münasibəti ilə təbriklərini bildirib və Bakıda səfərdə olan ABŞ komandasının üzvlərini salamlayıb.

Bir qrup şahmat tələbələri qarşısında çıxış edən R.Sekuta bildirib ki, şahmat, məntiqi təfəkkür üçün lazım olan önəmli bacarıqların formalaşmasına kömək edir: “Şahmat qərarlar qəbul etməyi öyrədir, yaddaşı inkişaf etdirir, iradə qüvvəsini möhkəmləndirir, uşaqları qələbəyə həvəsləndirir və onlara məğlubiyyətin öhdəsindən gəlməyi öyrədir. Bu cür bacarıqlar sərhədləri aşır və bu kimi yarışlar dünyanın müxtəlif yerlərindən olan oyunçuların bir araya gəlməsinə kömək edir.”

Onun sözlərinə görə, Birləşmiş Ştatlarda şahmatın inkişafına Bencamin Franklindən başlayaraq ABŞ-ın keçmiş təhsil naziri Terrel Bellə qədər bir sıra müəllimlər tərəfindən dəstək verilib. Səfir Azərbaycanda şahmatın inkişafı istiqamətində hökumət və Azərbaycan Şahmat Federasiyası tərəfindən həyata keçirilmiş fəaliyyəti təqdir edib və ölkələrimiz arasındakı əlaqələrin qurulması baxımından bu cür tədbirlərin, təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, tədbirə dəvət olunduğuna görə Respublika Şahmat Mərkəzinə təşəkkür edib və iştirakçılara uğurlar arzulayıb.

Səfirlikdən bildirilib ki, dünyanın müxtəlif ölkələrindən olan 1 600-dən çox oyunçunun iştirak etdiyi bu Olimpiadada Amerikanın kişilər və qadınlardan ibarət olan komandalarını dəstəkləməkdən qürur duyuruq. Fabiano Karuana, Hikaru Nakamura və Uesli So (hazırda dünyada müvafiq olaraq 3, 6 və 7-ci reytinq göstəricilərinə malikdirlər) kimi oyunçuların başçılıq etdiyi ABŞ-ın kişilərdən ibarət komandası açıq rəqabətdə bu günə qədər ən yüksək reytinqə malik olan komandadır və onlara böyük ustalıqla Sem Şankland və Rey Robson dəstək verir. Bakıda səfərdə olan Amerika komandası Birləşmiş Ştatlarda bu günə qədər olan ən gənc komandadır, belə ki, bütün oyunçuların yaşı 30-dan azdır və orta yaş həddi 24-dür. Hər ikisi dünyanın 40 aparıcı qadın şahmatçısı arasında yer alan İrina Kruş və Anna Zatonskihin başçılıq etdiyi ABŞ-ın qadınlardan ibarət komandası altıncı yerdə qərarlaşıb və 2008-ci ildə evə bürünc medal ilə qayıtdıqları möhtəşəm oyunu yenidən təkrarlamağı hədəfə alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi