"Formula 1" pilotu ABŞ Qran-prisi zamanı marixuana iyi hiss edib

"Formula 1" pilotu ABŞ Qran-prisi zamanı marixuana iyi hiss edib Ferrari pilotu Sebastyan Fettel Formula 1 üzrə ABŞ Qran-prisinin keçirildiyi Texas ştatındakı Ostin trasında marixuana iyi hiss edib.
Fərdi
2 Noyabr , 2019 12:12
Formula 1 pilotu ABŞ Qran-prisi zamanı marixuana iyi hiss edib

"Ferrari" pilotu Sebastyan Fettel "Formula 1" üzrə ABŞ Qran-prisinin keçirildiyi Texas ştatındakı Ostin trasında marixuana iyi hiss edib.

"Report"un məlumatına görə, bu barədə almaniyalı sürücünün özü məşqdən sonra açıqlamasında bildirib. O, ABŞ-da marixuananın qanuni olub-olmadığı ilə maraqlanıb. Fettel narkotik bitki iyini ilk və 11-ci döngələrdə hiss etdiyini söyləyib.

Qeyd edək ki, Texasda marixuana rekreativ becərilmə üçün qadağan olunub. Amma ondan tibbi məqsədlər üçün istifadəyə icazə verilir. 

Son xəbərlər

Orphus sistemi