ABŞ prezidenti postuna sabiq namizəd məşhur boksçu ilə döyüş keçirəcək

ABŞ prezidenti postuna sabiq namizəd məşhur boksçu ilə döyüş keçirəcək Görüş xeyriyyə xarakterli olacaq
Fərdi
15 May , 2015 10:38
ABŞ prezidenti postuna sabiq namizəd məşhur boksçu ilə döyüş keçirəcək

Bakı. 15 may. REPORT.AZ/ ABŞ prezidenti postuna sabiq namizəd və Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni əfsanəvi boksçu Evander Holifildlə döyüşəcək. "Report"un məlumatına görə, 68 yaşlı Romninin özündən 34 yaş kiçik idmançı ilə qarşılaşması xeyriyyə məqsədi daşıyacaq. 

Bu gün Solt Leyk Sitidə keçiriləcək görüşdən yığılan vəsait qeyri-kommersiya təşkilatı vasitəsilə görmə qüsuru olan insanların problemlərinə yönəldiləcək. 

Qeyd edək ki, Evander Holifild peşəkar boks tarixində superağır çəkidə yeganə dördqat dünya çempionudur. O, həmçinin iki çəki dərəcəsində - birinci ağır və ağır çəkidə mütləq dünya çempionu adını qazanıb. 

Son xəbərlər

Orphus sistemi