ABŞ idmançıları Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxa bilər

ABŞ idmançıları Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxa bilər səbəb Braziliyadakı Zika virusu epidemiyasıdır
Fərdi
8 Fevral , 2016 10:46
ABŞ idmançıları Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxa bilər

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxa bilər. "Report"un ABŞ Milli Olimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, səbəb Braziliyadakı Zika virusu epidemiyasıdır. 

Fevralın 1-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusunu qlobal fövqəladə xəstəlik adlandırıb. Bildirilib ki, bu virus Braziliyada minlərlə anadangəlmə qüsur halları yaradan xəstəliyi sürətlə yayır.  

"Rio-2016" Təşkilat Komitəsi isə vəziyyəti diqqətlə izlədiyini və ÜST-nin epidemiyaya münasibəti ilə bağlı bütün tövsiyələri izləyəcəklərini bəyan edib. 

Bununla belə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Zikanın idmançıların 2016-cı il olimpiadasında iştiraklarına maneçilik törətməyəcəklərinə inam ifadə edib. Onun fikrincə, problemin həlli üçün hələ vaxt var. 

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi