ABŞ hökuməti WADA-nın illik büdcəsinə 2 milyon 155 min dollar köçürəcək

ABŞ hökuməti WADA-nın illik büdcəsinə 2 milyon 155 min dollar köçürəcək Qurumun büdcəsi bu il 5 faiz artacaq
Fərdi
23 Fevral , 2017 17:21
ABŞ hökuməti WADA-nın illik büdcəsinə 2 milyon 155 min dollar köçürəcək

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ hökuməti Ümumdünya Antidopinq Agentliyinin (WADA) illik büdcəsinə 2 milyon 155 min dollar köçürəcək. 

"Report"un "USA Today"a istinadən verdiyi məlumata görə, bu, ölkələr arasında ən böyük ödənişdir.

Kanada və Yaponiya 1 milyon dollardan bir qədər çox vəsait köçürəcək. Beynəlxalq Olimpiya Komitəsi isə WADA-ya 15 milyona yaxın pul verəcək.

Ötən ilin noyabrında WADA illik 300 min dollar ödəyən Rusiyanın maliyyə yardımından imtina edib. 2016-cı ildə qurumun büdcəsi 30 milyon dollar təşkil edibsə, bu il 5 faiz artacaq.

Azərbaycanın WADA-ya köçürdüyü məbləğ isə açıqlanmır. Yeni yaradılan Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hüseynli "Report"a açıqlamasında 2016-cı il üçün ödənişin Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirildiyini söyləyib. Ş.Hüseynli bu il üçün ödəniləcək məbləğin hələ müəyyənləşmədiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi