ABŞ-ın peşəkar boksçusu Denni Kelli atışma nəticəsində şəxsi avtomobilində öldürülüb.
"Report" "Vringe" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı idmançı Merilend ştatının Templ-Hillz şəhərində sükan arxasında olarkən güllələnib.
Həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə vaxtı avtomobildə olan Kellinin rəqifəsi və 3 övladı fiziki xəsarət almayıblar.
Polisdən bildirilib ki, boksçunun maşının yanında başqa avtomobil dayanaraq ona atəş açıb. Qatilin tapılmasına kömək edəcək şəxs üçün 25 min ABŞ dolları mükafat vəd olunub. Hazırda detektivlər hadisənin təfərrüatlarını araşdırır.
Qeyd edək ki, Denni Kelli sonuncu dəfə rinqə 2019-cu ilin oktyabrında çıxıb. Ağır çəkili boksçu həmin vaxt Nik Kisneri iki raunda nokauta salıb. Ümumilikdə Kelli döyüşlərində 9-u nokautla olmaqla 10 qələbə qazanıb və 3 dəfə hakimlərin qərarı ilə məğlub olub.