82 yaşlı amerikalı qadın dünyanın ən yaşlı xokkeyçisi olub

82 yaşlı amerikalı qadın dünyanın ən yaşlı xokkeyçisi olub ABŞ-ın Virciniya ştatından olan 82 yaşlı qadın dünyanın ən yaşlı xokkeyçisi kimi tanınıb.
Fərdi
19 Mart , 2023 07:42
82 yaşlı amerikalı qadın dünyanın ən yaşlı xokkeyçisi olub

ABŞ-ın Virciniya ştatından olan 82 yaşlı qadın dünyanın ən yaşlı xokkeyçisi kimi tanınıb.

Bu barədə “Report” Ginnesin “Rekordlar kitabı”na istinadən xəbər verir.

Virciniya ştatının Lorton şəhərindən olan Linda Sinrod 35 yaşında xokkeylə maraqlanmağa başlayıb. Bundan əvvəl o, fiqurlu konkisürmə ilə məşğul olub. Qadın əvvəlcə donmuş gölməçənin buzunun üzərində konki sürəndə xokkey oynamağa cəhd edib və orada oynayan xokkeyçilər Sinroda oynamağı təklif ediblər.

Sinrod oyunu o qədər sevib ki, Vaşinqtonda ilk qadın xokkey komandasını qurub.

"Təqaüdə çıxandan sonra köhnə komanda yoldaşlarımın nə etdiklərini araşdırdım və birdən gördüm ki, onlardan biri “Prince William Wildcats”da məşq edir, ona görə də 67 yaşımda onlara qoşulmaq qərarına gəldim", - o, xokkeyə qayıtmasını belə izah edib.

Səkkiz il sonra komanda yoldaşları ondan "Wildcats"I tərk etməsini istəyib (o, artıq 75 yaşında idi). Lakin Sinrod xokkeydən əl çəkmək istəməyib və ildə iki dəfə oyunların keçirildiyi qadınlar liqasında oynamağa başlayıb.

Son xəbərlər

Orphus sistemi