"Mercedes" Hemiltonla yeni müqavilə imzaladı

"Mercedes" Hemiltonla yeni müqavilə imzaladı "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Lüis Hemiltonla müqavilənin müddətini uzadıb
Fərdi
8 Fevral , 2021 15:35
Mercedes Hemiltonla yeni müqavilə imzaladı
Lüis Hemilton

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.

"Report" komandanın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı sürücü 2021 mövsümündə də Almaniya təmsilçisinin şərəfini qoruyacaq.

Beləliklə, Lüis Hemilton ardıcıl 9-cu mövsümdə "Mercedes"də çıxış edəcək.

Qeyd edək ki, 2020 mövsümündə 7-ci dəfə çempion olan Lüis Hemilton "Ferrari"nin əfsanəvi pilotu Mixael Şumaxerin nəticəsini təkrarlayıb.

Son xəbərlər

Orphus sistemi