55-ci WBC Konvensiyası Bakıda keçiriləcək

55-ci WBC Konvensiyası Bakıda keçiriləcək Tədbir oktyabrın 1-də işə başlayacaq
Fərdi
23 May , 2017 10:14
55-ci WBC Konvensiyası Bakıda keçiriləcək
Wbcboxing.com

Bakı. 23 may. REPORT.AZ/ Ümümdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası oktyabr 1-dən 6-dək Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə WBC-nin rəsmi saytında qurumun rəhbəri Maurisio Süleyman adından yerləşdirilən məlumatda bildirilir. Bu konvensiya WBC-nin Azərbaycana gəlişini nəzərdə tutur. M.Süleyman təşkilati işlərdə gənclər və idman naziri Azad Rəhimovun mühüm rol oynadığını açıqlayıb.

Qazaxıstan KİV-inin məlumatına görə, Konvensiyanın əvvəlcə Astanada, "EKSPO-2017" sərgisi çərçivəsində keçiriləcəyi planlaşdırılmışdı.

Qeyd edək ki, WBC dünyanın 165 ölkəsini özündə birləşdirir.

Son xəbərlər

Orphus sistemi