Yuxarı
    Bağlamaq

    4 olimpiya medalı qazanan ilk ağırlıqqaldıran vəfat edib

    Norbert Şemanski 93 yaşında ikən dünyasını dəyişib

    Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın ağırlıqqaldırma üzrə olimpiya çempionu Norbert Şemanski vəfat edib. "Report"un məlumatına görə, N.Şemanski 93 yaşında ikən dünyasını dəyişib. 

    Mərhum atlet 4 olimpiya medalı qazanmış ilk ağırlıqqaldıran olub. O, "Helsinki-1952"də qızıl, "London-1948"ldə gümüş, "Roma-1960" və "Tokio-1964"də bürünc medal qazanıb. 

    Əslən polşalı olan ŞemanskiII Dünya müharibəsində Avropada döyüş əməliyyatlarında iştirak edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi