Beynəlxalq Olimpiya Komitəsi 3 milyard dollarlıq sponsorluq müqaviləsi bağlayıb

Beynəlxalq Olimpiya Komitəsi 3 milyard dollarlıq sponsorluq müqaviləsi bağlayıb Beynəlxalq Olimpiya Komitəsi ABŞ-ın “Coca-Cola” və Çinin “China Mengniu Dairy” şirkətləri ilə ümumi dəyəri 3 milyard dollar olan sponsorluq müqaviləsi imzalayıb.
Fərdi
24 İyun , 2019 13:28
Beynəlxalq Olimpiya Komitəsi 3 milyard dollarlıq sponsorluq müqaviləsi bağlayıb

Beynəlxalq Olimpiya Komitəsi ABŞ-ın “Coca-Cola” və Çinin “China Mengniu Dairy” şirkətləri ilə ümumi dəyəri 3 milyard dollar olan sponsorluq müqaviləsi imzalayıb.

“Report” xəbər verir ki, bu barədə qurumun rəhbəri Tomas Bax “Financial Times”a bildirib. İmzalama mərasimi IOC-un İsveçrənin Lozanna şəhərindəki mənzil-qərargahında baş tutub.

Qeyd edək ki, bu gün Lozannada IOC-un 134-cü sessiyası işə başlayıb. Tədbirin gündəliyində duran əsas məsələ 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin elan edilməsidir.  

Son xəbərlər

Orphus sistemi