Azərbaycan velosipedçilərinin bu günü - VİDEO

Azərbaycan velosipedçilərinin bu günü - VİDEO 3 iyun - Ümumdünya Velosiped Günüdür.
Fərdi
225
3 İyun , 2020 14:23
Azərbaycan velosipedçilərinin bu günü - VİDEO

3 iyun - Ümumdünya Velosiped Günüdür. 

"Report"un məlumatına görə, 2018-ci il aprelin 12-də BMT-nin Baş Assambleyası müvafiq qətnamə qəbul edib. 

Bu bayram Azərbaycanda da qeyd olunur. Ötən ilin bugünkü tarixində Türkmənistanın Azərbaycandakı səfirliyi və Dənizkənarı Bulvar İdarəsi təbliğat və inkişafa dəstək məqsədilə Bakıda kütləvi veloyürüş təşkil edib. 

Beynəlxalq Velosiped günü ilə bağlı bu il də veloyürüş keçiriləcək. Amma koronavirus pandemiyasına görə yaranmış fasilə səbəbindən builki tədbir iyunun 3-də yox, həftəsonu olacaq. İyunun 6-da keçiriləcək Federasiya Kuboku həm də Azərbaycanda açıq havada idman yarışlarının bərpasından sonra ilk turnir olacaq. 

“Report” Ümumdünya Velosiped günü, bu idman növünün Azərbaycandakı vəziyyəti və yol hərəkəti iştirakçıları kimi velosipedçilərin üzləşdikləri problemlərlə bağlı video-süjeti təqdim edir... 

Son xəbərlər

Orphus sistemi