Yuxarı
    Bağlamaq

    2017-ci il "Tour d Azerbaidjan" veloyürüşünün tarixi müəyyənləşib

    Turnir UCİ-in təqvim planına daxil edilib

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı növbəti “Tour d Azerbaidjan” veloyürüşünün vaxtı açıqlanıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, nüfuzlu yarış 2017-ci il mayın 3-də start götürəcək. 

    5 gün davam edəcək turnir UCİ-ın 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilib.

    Veloturun məhz bu tarixlərdə keçirilməsi gələn il mayın 12 - 22-də Azərbaycanın qəbul edəcəyi IV İslam Həmrəyliyi Oyunları ərəfəsində dünya idman ictimaiyyətinin diqqətini bir daha ölkəmizə yönəltmək imkanı yaradıb. 

    Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları öncəsi təşkil olunan “Tour d Azerbaidjan” veloyürüşünün marşrutu da məhz Oyunların keçirildiyi idman qurğularının təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.

    UCİ-in təqvim planında nüfuzuna görə, dünya çempionatı və Dünya Kubokundan sonra gələn, növbəti il oktyabrın 1-də Azərbaycanda keçiriləcək dağ velosipedi üzrə HC (High-Class) kateqoriyalı "Champion-Race Azerbaijan" beynəlxalq yarışı da yer alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi