Yuxarı

Zurab Caparidze: "Gürcüstana əlavə həcmdə qazı Azərbaycan da təmin edə bilər"

Millət vəkili energetika naziri Kaxa Kaladzedən izahat tələb edib

Bakı. 13 yanvar. REPORT.AZ/ "Gürcüstanın energetika naziri Kaxa Kaladze "Qazprom" şirkəti ilə danışıqların tam detallarını açıqlamalıdır". "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu millət vəkili Zurab Caparidze bildirib.

O qeyd edib ki, əgər Gürcüstanın əlavə həcmdə təbii qaza ehtiyacı varsa, bunu Azərbaycan da təmin edə bilər.

"Ümumiyyətlə, "Qazprom"la danışıqlar niyə başlanılıb, hansı yöndə danışıqlar aparılır, hansı təhlükənin gözlənildiyi barədə dəqiq informasiya almalıyıq. Bilməliyik ki, nə barədə danışıqlar aparılır və ondan sonra hansısa təhlükənin olub-olmamasına qərar verə bilərik", - deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, ötən gün Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvilinin iqamətgahının qarşısında Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar aparılmasına qarşı etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları "Qazprom"u Gürcüstan bazarına buraxmayacaqlarını bildiriblər. Bunun ardından isə energetika naziri Kaxa Kaladze gürcü ekspertlərlə görüşüb və "Qazprom"la danışıqlar barədə məlumat verib. Lakin onun açıqlaması ekspertləri qane etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi