Zərdab və Mingəçevirin yaşayış massivlərinin qazlaşdırma işləri başa çatdırılıb

Zərdab və Mingəçevirin yaşayış massivlərinin qazlaşdırma işləri başa çatdırılıb
Energetika
53
28 Noyabr , 2019 17:16
Zərdab və Mingəçevirin yaşayış massivlərinin qazlaşdırma işləri başa çatdırılıb

Zərdab rayonunun Bəyimli qəsəbəsinin və Mingəçevir şəhərinin Borçalı yaşayış massivinin qazlaşdırma işləri başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Bəyimli qəsəbəsində yerləşən 105, Borçalı yaşayış massivində isə 126 fərdi yaşayış evinin hər biri fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub. Ümumilikdə, qazlaşdırma işləri üçün Bəyimli qəsəbəsində 21 281 metr, Borçalı yaşayış massivində isə 12 066 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.