"Zərdab-Şıxbağı-Qışlaq" neft sahəsində çöl işləri aparılıb

"Zərdab-Şıxbağı-Qışlaq" neft sahəsində çöl işləri aparılıb Kəşfiyyat quyusunun qazılması üçün yerlər tövsiyyə edilib
Energetika
31 Yanvar , 2017 14:39
Zərdab-Şıxbağı-Qışlaq neft sahəsində çöl işləri aparılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin kəşfiyyat-geofizika istehsalat bölümü tərəfindən Yevlax-Ağcabədi neftli-qazlı rayonunun "Zərdab-Şıxbağı-Qışlaq" sahəsində seysmik, qravimetrik və maqnitometrik üsullarla tədqiqat işləri həyata keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, 178,5 kv. km-lik sahədə seysmik, 345 xətti km həcmində qravimetrik və 345 xətti km həcmində maqnitometrik çöl işləri aparılıb və əldə olunmuş materiallar emal və interpretasiya edilib. İşlər ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmaqla aparılıb.

"Zərdab-Şıxbağı-Qışlaq" sahəsində alınmış məlumatların kompleks təhlili əsasında ərazinin geoloji quruluşu dəqiqləşdirilib, sahənin neftlilik-qazlılığı proqnozlaşdırılıb, müxtəlif horizontlar üzrə struktur xəritələr qurulub, kəşfiyyat quyusunun qazılması üçün yerlər tövsiyyə edilib.

Son xəbərlər

Orphus sistemi