Yuxarı

​Zərdab rayonunun Məmmədqasımlı kəndinə ilk dəfə qaz verilib

Bununla bağlı keçirilən tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev iştirak edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Zərdab rayonunun Məmmədqasımlı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, şirkət rəsmiləri, rayon icra hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

SOCAR prezidentinə məruzə edilib ki, 407 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 205 metr olan müxtəlif diametrli polietilen və 34 899 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 407 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən R.Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş tədbirlərdən danışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi