Bakı. 28 dekabr. REPORT.AZ/ Dekabrın 28-də Zərdab rayonunun Şahhüseynli və Aşağı Seyidlər kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
"Report"a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyəti və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 350 abonenti olan Zərdab rayonunun Şahhüseynli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 319 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 32 647 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 350 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
133 abonenti olan Zərdab rayonunun Aşağı Seyidlər kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2 406 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11 041 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib,mənzillərə 133 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.



