Yuxarı
    Bağlamaq

    Zaur Qəhrəmanov: "Mövcud enerji resurslarından səmərəli istifadə “SOCAR Turkey”in əsas fəaliyyət istiqamətidir"

    STAR neft emalı zavoduna 6 mlrd. dollar sərmayə yatırılıb və işlərin 90%-i artıq tamamlanıb© Report.az

    Bakı. 10 iyul. REPORT.AZ/ “Mövcud enerji resurslarından səmərəli və məhsuldar istifadə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Turkey”in əsas fəaliyyət istiqamətidir”. “Report” xəbər verir ki, bunu “SOCAR Turkey A.Ş.”-nin baş direktoru Zaur Qəhrəmanov "Daily Sabah"a açıqlamasında deyib.

    Z.Qəhrəmanovun sözlərinə görə, Şirkət dayanıqlığı təmin etmək üçün iki istiqamət seçib: “Bunlardan birincisi mövcud resurslardan səmərəli istifadə, digəri isə alternativlərdən istifadədir".

    SOCAR rəsmisi deyib ki, bu gün İstanbulda başlayan beynəlxalq neft konqresi aktual məsələlərin müzakirə edilməsi və gələcəyə yönəlmiş körpülərin qurulması üçün çox böyük əhəmiyyət daşıyır: “İnanıram ki, biz benzin və qaz sənayesi, şirkətlər və onların payçıları, ölkələr və korporasiyalar, istehsal və ətraf mühit arasında körpü qurmağı bacaracağıq və bu konqres məqsədimizə çatmaq üçün imkanlar açacaq”.

    Z.Qəhrəmanov Azərbaycanın Türkiyədəki digər layihələri haqqında da danışıb: “SOCAR-ın Türkiyəyə investisiyaları 18 mlrd. dollara çatır. Ümumi istehsal həcmi 10 mln. ton olan "STAR" neft emalı zavodu üçün 6 mlrd. dollar sərmayə yatırılıb və işlərin 90%-i yerinə yetirilib. Gələn il üçün bu emal zavodunun istifadəyə verilməsini planlaşdırırıq. Müəssisə Türkiyənin enerji tələbatındakı kəsirin 50%-ni kompensasiya edəcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi