Zaur Qəhrəmanov: “Biz Azərbaycan olaraq rəqabətdən qorxmuruq”

Zaur Qəhrəmanov: “Biz Azərbaycan olaraq rəqabətdən qorxmuruq” Türkiyədə yatırımlarımız davam edəcək
Energetika
23 Oktyabr , 2020 15:17
Zaur Qəhrəmanov: “Biz Azərbaycan olaraq rəqabətdən qorxmuruq”
Zaur Qəhrəmanov

"2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Petkim”in satın alınması ilə Türkiyədəki hekayələrimiz başlayıb".

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş”nin Baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

Türkiyənin “Sabah” qəzetinin və “A Para” iqtisadi televiziyasının təşkilatçılığı ilə keçirilən “III Türkiyə 2023 Zirvəsi”ndə çıxışı zamanı Z.Qəhrəmanov bildirib ki, şirkət hər il bu ölkəyə 100 milyonlarla yatırım edib: “Var gücümüzlə çalışdıq. Neft Emalı Zavodumuzun emal tutumundan artıq çalışdıq ki, bu da Türkiyə üçün dəyişiklik olub”

Onun sözlərinə görə, Türkiyə hökuməti hər zaman şirkətin yanında olub və dəstəkləyib: “Qazla bağlı böyük işlər görmüşük: “2016-cı ildə enerji siyasəti açıqlananda, mən bu heyətin bu işi bacaracağını demişdim. Biz bu işi bacardıq. Trans-Adriatik Qaz Boru Kəməri (TANAP) ilə birlikdə enerji xəritəsi dəyişdi”.

Z.Qəhrəmanov bildirib ki, artıq Azərbaycan qazı Türkiyədən keçib İtaliyaya çatdırılır: “Biz Azərbaycan olaraq rəqabətdən qorxmuruq: “Türkiyədə yatırımlarımız davam edəcək. Türkiyə infrastrukturu doğru olan bir ölkədir. Biz gələcəyə çox ümidlə baxırıq”.

Son xəbərlər

Orphus sistemi