Yuxarı
    Bağlamaq

    ​Zaqatala, Lənkəran, Astara və Şabran rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib

    Təbii qazın verilməsinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iştirak edib

    Bakı. 29 mart. REPORT.AZ/ Novruz Bayramı günlərində Şabran, Zaqatala, Astara və Lənkəran rayonlarının daha bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

    Martın 22-də Astara rayonunun Telman kəndinə ilk dəfə olaraq təbii qazın verilməsinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iştirak edib. SOCAR-ın prezidentinə məlumat verilib ki, 230 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 25 402 metr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 230 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

    Bayram günlərində Zaqatala rayonunun Əliabad qəsəbəsinə də ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin, “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqalları iştirak ediblər.

    Məlumata görə, 2 382 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 157 113 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 2 382 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Lənkəran rayonunun Şıxakəran kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 791 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 47 385 metr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 791 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

    Şabran rayonunun Pirəbədil kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə qeyd olunub ki, 96 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 7 100 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 96 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi