Yunanıstan DESFA-nı ilin sonuna qədər özəlləşdirmək niyyətindədir

Yunanıstan DESFA-nı ilin sonuna qədər özəlləşdirmək niyyətindədir Artıq bəzi şirkətlər hazırlıq prosesinə başlayıb
Energetika
12 Oktyabr , 2017 10:13
Yunanıstan DESFA-nı ilin sonuna qədər özəlləşdirmək niyyətindədir

Bakı. 12 oktyabr. REPORT.AZ/ Yunanıstan hökuməti dövlət qaz şəbəkəsinin operatoru olan DESFA şirkəti 66% səhmlərini satmaq üçün ilin sonuna qədər investorlardan təkliflər almaq niyyətindədir. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə prosesə yaxın olan iki müxtəlif mənbə məlumat verib.

Beynəlxalq Valyuta Fondu (IMF) və Avropa İttifaqı (Aİ) ilə son beynəlxalq maliyyə yardımı proqramı çərçivəsində Yunanıstan hökümətinin DESFA-dakı 31% səhmini, "Hellenic Petroleum" şirkəti isə 35% səhmini satışa çıxarıb.

"İspaniyanın "Regasificadora Del Noroeste" (Reganosa) və İspaniyanın "Ebagas" və İtaliyanın "Snam" şirkətlərindən ibarət konsorsium, Belçikanın "Fluxys" və Hollandiyanın "Gasunie" şirkətləri ötən ay zəruri araşdırmaların aparılması üçün icazə alıblar.

"Reuters"in məlumatına görə, alqı-satqı iştirakçıları DESFA-nın virtual məlumat otağına daxil olmaq prosesindədirlər: "Məqsəd ilin sonuna qədər təklifləri hazırlamaqdır".

Digər mənbədən alınan məlumata görə isə, təkliflərin dekabrda verilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi