Yunanıstan 8 ayda Azərbaycandan qaz idxalını təxminən 9 % azaldıb
Energetika
- 31 oktyabr, 2024
- 15:10
Yunanıstan bu ilin yanvar-avqust aylarında 51,606 min teracoul (TJ) Azərbaycan qazı idxal edib.
“Report” bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (“Eurostat”) məlumatlarına istinadən xəbər verir.
Bu, 2023-cü ilin 8 ayının göstəricisindən 8,7 % azdır.
Hesabat dövründə Azərbaycandan Yunanıstana idxal olunan qazın dəyəri 404,162 milyon avro (il ərzində 36,1 % azalıb) təşkil edib.
Bu dövrdə Azərbaycan qazının Avropa İttifaqına (Aİ) idxalının ümumi həcmində Yunanıstanın payı 15,6 % təşkil edib.
2024-cü ilin avqust ayında Yunanıstan 5,17 min TJ (23,5 % az) idxal edib, bu məqsədlər üçün 42,147 milyon avro (19,1 % az) xərcləyib. Avqustda Azərbaycan qazının Aİ-yə idxalının ümumi həcmində Yunanıstanın payı 15,9 % təşkil edib.
Son xəbərlər
11:35
Bu ilin yanvar-mart aylarında narkotiklə bağlı 13-ü xarici ölkə vətəndaşı olmaqla 1044 məsuliyyətə cəlb olunub
Hadisə11:34
Bu ilin 3 ayı ərzində 76 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Hadisə11:31
Azərbaycanda noutbuk və kompüter istehsalının 3 aylıq həcmi açıqlanıb
İKT11:29
"Bank Avrasiya" zərərlə işləməyə başlayıb
Maliyyə11:28
Azərbaycanlı şahmatçı Aydın Süleymanlı Avropa çempionatında liderdir
Fərdi11:24
Foto
Azərbaycanın badminton məşqçiləri Tbilisidə beynəlxalq kursa qatılıblar
Fərdi11:24
Foto
"ASAN xidmət" BMT-nin Ekspertlər Komitəsinin sessiyasında müzakirəyə çıxarılıb
Xarici siyasət11:23
Foto
Azərbaycan "Galaxy Orientis" Çin - ASEAN İnvestisiya Platformasının yaradılmasında iştirak edib
Maliyyə11:19