​Yevlax rayonunda yeni yaşayış massivinə qaz verilib

​Yevlax rayonunda yeni yaşayış massivinə qaz verilib Nəticədə 137 abonent təbii qazla təmin olunub
Energetika
2 Oktyabr , 2015 15:27
​Yevlax rayonunda yeni yaşayış massivinə qaz verilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Yevlax rayonunun 32-ci məhəlləsində yerləşən yeni yaşayış massivinə təbii qaz verilib.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qaz verilişi münasibətilə bu gün keçirilən tədbirdə bildirilib ki, yaşayış sahəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 075 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 137 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi