Yuxarı

Yevlax, Qobustan və Füzuli rayonlarının yaşayış məntəqələrinə təbii qaz verilib

Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri iştirak ediblər

Bakı. 29 iyun. REPORT.AZ/ Yevlaxın Yuxarı Salamabad, Qobustanın Poladlı və Füzuli rayonunun “Qayıdış-8” və “Qayıdış-9” qəsəbələrinə təbii qaz verilib. "Report" xəbər verir ki, məlumatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidməti yayıb. 

Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

275 abonenti olan Yevlax rayonunun Yuxarı Salamabad kəndinə təbii qazın yenidən verilməsi üçün birpilləli sistem əsasında uzunluğu 11 649 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyici ilə təchiz ediliblər.

Qobustan rayonunun Poladlı kəndinin 272 abonentinə təbii qazın verilməsi üçün 22 851 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 272 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Füzuli rayonunun 208 abonenti olan “Qayıdış-8” və 205 abonenti olan “Qayıdış-9” qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib. Bunun üçün “Qayıdış-8” qəsəbəsində birpilləli sistem əsasında uzunluğu 6743 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. “Qayıdış-9” qəsəbəsinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 2811 metr metal borularla qaz xətləri çəkilmiş, 205 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi