Yuxarı

​Yaxın illərdə dünyada maye qaz istehsalı kəskin artacaq

Avstraliya maye qaz hasilatında lider ola bilər

Bakı. 8 iyun. REPORT.AZ/ Yaxın 5 ildə maye təbii qaz istehsalının kəskin artıması gözlənilir. 

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (İEA) yaydığı məlumatda qeyd olunub.

İEA-dan verilən məlumata əsasən, təbii maye qazın əsas iki alıcısı olan Yaponiya və Cənubi Koreya bu yanacağın istehlak həcmini azaldacaq. Bunun əvəzinə Çin, Hindistan və digər cənub-şərqi Asiya ölkələri Assosiasiyası (ASEAN) ölkələrinin maye təbii qaza tələbinin artması gözlənilir. 

İEA-nın icraçı direktoru Fatih Birol deyib ki, maye təbii qaz qiymətlərinin aşağı səviyyədə olmasına baxmayaraq, bazarda yüksək həcmdə ehtiyatların yaranması proqnozlaşdırılır. 

Ekspertlərin fikrincə, 2015-2021-ci illərdə maye təbii qaz istehsalı əsasən ABŞ və Avstraliyada hasilatın artması hesabına 45% yüksələcək. 2021-ci ildə Avstraliyanın Qətər kimi nəhəng maye təbii qaz istehsalçısı ilə liderlik uğrunda mübarizə aparacağı ehtimal edilir. ABŞ-ın da maye təbii qaz hasilatında ilk sıralara yüksəlməsi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi