Bakı. 28 iyun. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2161 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1860-1851 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Xatırladaq ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.