Yaşmada tikiləcək yeni elektrik stansiyası layihəsinə xarici investorlar cəlb ediləcək

Yaşmada tikiləcək yeni elektrik stansiyası layihəsinə xarici investorlar cəlb ediləcək “Azərenerji” ASC-nin sədri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.
Energetika
17 Aprel , 2019 10:59
Yaşmada tikiləcək yeni elektrik stansiyası layihəsinə xarici investorlar cəlb ediləcək

Azərenerji” ASC-nin sədri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

“Azərenerji”dən “Report”a verilən məlumata görə, “KEP İnternational Trade and Representation” şirkətinin baş direktoru Halim Neyzinin və həmin şirkətin məsləhətçisi Nülənd Çilingirin də iştirak etdiyi görüşdə Azərbaycanda yeni generasiya güclərinin yaradılması, Yaşma ərazisində tikilməsi nəzərdə tutulan 1 000 MVt-lıq yeni elektrik stansiyası layihəsinə xarici investorların, o cümlədən türk şirkətlərinin cəlb edilməsi mövzusunda müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi